SİZİN REKLAM BURADA!
055 213 76 73



Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb.

BAKU.WS xəbər verir ki, Naxçıvanda Naxçıvan-İran biznes-forum çərçivəsində Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək, Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirdiyini diqqətə çatdırb.

"Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir”, - deyən Ali Məclisin Sədri Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının xeyirli-uğurlu olmasını arzulayıb, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirib.
 
Asif.H
BAKU.WS