SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yeni İl ərəfəsində NIKOIL| Bank-ın əməkdaşları Bilgəh qəsəbəsində yerləşən Sümük Vərəm dispanserində xəstəlikdən əziyyət çəkən uşaqlar üçün bayram təşkil etdilər.
 
Bank əməkdaşları Bayram süfrəsi və tortlardan əlavə balaca dostları şən oyunlar, musiqi və rəqslərlə əyləndirdilər. Bayrama Şaxta baba və Qar qızı rolunda çıxış edən peşəkar artistlər də dəvət edilmişdi. Bayramın sonunda hər bir uşağa yeni il hədiyyəsi təqdim olundu.

NIKOIL | Bank aztəminatlıları da diqqətdən kənarda qoymayıb. Nəsimi rayonunda məskunlaşan otuz aztəminatlı ailə bank tərəfindən yeni il ərzaq payı ilə təmin olundu. Beləliklə, NIKOIL | Bank bir daha sübut etdi ki, sosial məsuliyyətin əsas missiyalarından biri zamanında digərlərindən çox ehtiyacı olanlara dəstək və yardım etməkdir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil