VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bakıda dövlət qurumlarında iş vaxtlarının dəyişdirilməsini hökumətə təklif etmişik".

BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli bu gün keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, Bakı şəhərində günün pik saatlarında yaranan nəqliyyat sıxlğının araddan qaldırılması məqsədi ilə dövlət qurumlarında iş vaxtının başlama saatlarının dəyişdirilməsi ilə əlaqdar təklif layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
 
Xatırladaq ki, hələ ötən il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlanmışdı. Nazirlər Kabinetinə də qurumların iş vaxtlarının dəyişdirilməsi təklif edilirdi. 
 
Şahin Həbibov