SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər rayonu Mərdəkan sakinləri qəsəbənin girişindəki səkinin parkinq üçün istifadə olunacağından narahatdırlar. 

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və məlumat paylaşılıb.

Qeyd edilib ki, qəsəbənin girişində "Şağanın svetoforu" deyilən yerdə yeni tikili artıq tamamlanmaq üzrədir. Obyektin qarşısındakı piyada səkisi əvvəllər hündür olub. Tiklinin inşası yekunlaşdıqdan sonra isə səki asfaltla bərabərləşdirilib.

Qəsəbə sakinləri iddia edirlər ki, yeni obyektin parkinqi üçün səki səthi sökülüb və asfaltla bərabərləşdirilib.

BAKU.WS sözügedən ərazidən fotolar təqdim edir:

BAKU.WS
QALEREYA