SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yürüş keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, yürüş Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun binasının önündən başlayaraq Qafqaz İslam Ordusunun Gəncədəki ilk əməliyyatları zamanı şəhid olmuş 13 əsgərinin xatirəsinə ucaldılmış abidənin qarşısına qədər davam edəcək.

Tədbirdə 100 türkiyəli və 100 azərbaycanlı tələbə, konsulluğun əməkdaşları, habelə Gəncə şəhərinin ictimai nümayəndələri iştirak edir.

Yürüş başa çatdıqdan sonra abidə önünə çələng qoyulacaq, baş konsul Rəcəb Öztop çıxış edəcək.

BAKU.WS
QALEREYA