SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün İctimai Televiziyanın baş direktoru Balaş Qasımovun (Balakişi Qasımov) 45 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Balaş Ələkbər oğlu Qasımov 1978-ci ilin bu günü yəni, oktyabrın 20-də Bakıda anadan olub.

O, Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. “Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda “Nə? Harada? Nə zaman?” oyununun aparıcısı və baş prodüseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

2004-cü ildə “Nə? Harada? Nə zaman?” oyununun idman variantı üzrə dünya çempionu olub.

“Nə? Harada? Nə zaman?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə və 2002-ci ildə Breyn Rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq “Nə? Harada? Nə zaman?” Klubları Assosiasiyası tərəfindən 2010-cu ildə “İlin adamı” seçilib.

Balaş Qasımov 2018-ci ilin may ayından İctimai Televiziyanın baş direktorudur. O, 2019-cu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

BAKU.WS komandası olaraq Balaş Qasımovu təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq!

BAKU.WS