SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda vətəndaş dollar kreditinə görə məhkəməyə müraciət edib.
 
BAKU.WS-in məlumatına görə, 7 fevral 2015-ci il tarixdə vətəndaş "ABC Telekom” dükanından 6 ay müddətinə 949 manata nisyə televizor alıb. Lakin dükan müqavilədə qiyməti dollara bağlayaraq 1209,79 dollar kimi göstərmişdi.
 
Vətəndaş borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verdi. Manatla borc tam ödənilsə də dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dolların, habelə 360 manat dəbbə pulun da ödənilməsini tələb edib. Vətəndaş ödəməkdən imtina edib. Dükan öz xeyrinə məhkəmə əmrinin qəbul edilməsinə nail olub.
 
Antikollektorun köməyi ilə vətəndaş əmrin ləğv edilməsinə, sonra isə öz xeyrinə qətnamənin qəbul edilməsinə nail olub. Belə ki, Nəsimi rayon məhkəməsinin hakimi Pərviz Hüseynovun 10 noyabr 2016-cı il tarixli Qətnaməsində (onu dərc edirəm) dollarla satış Konstitusiyanın 19-cu maddəsinə və Mülki Məcəllənin 439-cu maddəsinə əsasən qanunsuz hesab edilmişdir. Qətnamədə göstərilir ki, vətəndaşın borcu 949 manat olsa da, o, artıq 1025 manat ödəmişdir. Yəni vətəndaş dükana deyil, dükan vətəndaşa borcludur.

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, kredit və əmanət müqavilələrindən başqa heç bir müqavilədə (alqı-satqı, xidmət, iş, icarə və s.) qiymət birbaşa və ya dolayısı ilə xarici valyutada göstərilə bilməz: "Belə hallarla rastlaşdıqda mübarizə aparın, haqqınızı tələb edin! Önəmlisi həm də odur ki, bu işdə Antikollektor vətəndaşı təmsil etməyib, sadəcə müvafiq sənədlərin hazırlanmasında kömək edib və təlimatlandırıb. Vətəndaş da özü işi udub. Banklara qarş işlərdə də vətəndaşlar belə fəal olsalar, mütləq güzəştə gedəcəklər. Çünki çoxlu sayda və uzunmüddətli məhkəmə işlərinin aparılmasına qadir deyillər. Onları sadəcə çərlətmək lazımdır".
 
Şahin Həbibov
BAKU.WS