VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Abonentlərin elektrik enerjisinə görə borclarının artıq hesablanması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, "Azərişıq" ASC bu cür faktlarla bağlı abonentlərə müraciət edir:

"Əgər kimdə belə bir fakt aşkar edilibsə, fərdi qaydada bizə müraciət etsin. Biz həmin müraciət əsasında məsələni ünvana gedərək araşdıracağıq. Yəni vətəndaşın gəlməsinə ehtiyac yoxdur. Sadəcə abonent bizə müraciət etsə, kifayətdir. Biz özümüz ünvana gələrək, kimin nə narahatlığı varsa, sayğacın göstəricisinə əsasən məsələni yerində araşdıracağıq. Vətəndaşlardan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar".
 
BAKU.WS