SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) Bərdə rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən günəbaxan tumlarının emalı müəssisəsində yoxlama keçirib.
Agentlikdən BAKU.WS-ə verilən xəbərə görə, fiziki şəxs Məmmədov Zaur Abuzər oğluna məxsus sexə baxış zamanı qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən edilib.
Belə ki, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsul çeşidlənməsinin avadanlıqlarla yanaşı əllə də həyata keçirildiyi, təmizliyə nəzarət edilmədiyi, anbarda məhsulların divara bitişik halda saxlanıldığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istehsal edilən məhsulun etiket göstəricilərinin (qida və enerji dəyəri) normativ sənədə uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
BAKU.WS
QALEREYA