VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu sabahdan açılacaq. 

BAKU.WS xəbər verir ki, bu haqda məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.

Təmir-bərpa işlərinin aparılması məqsədilə birinci yol təxminən 2 həftəlik bağlansa da, işlər tez yekunlaşıb. 
 
"Dekabrın 15-də bu yol yenidən istifadəyə veriləcək”, - deyə qurum rəsmisi bildirib.
 
Xatırladaq ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb. Təmir-bərpa işlərinin təxminən iki həftə davam etməsi planlaşdırılır. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə etməli idilər.
 
Aytən.H
BAKU.WS