SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanda narkomanların, o cümlədən onlar arasında qadın və uşaqların sayı hələ də çoxdur”.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması narahatlıq yaradır:
“Hamımız bilirik ki, narkotik cəmiyyətin əsası olan ailəni dağıdır, ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artmasına və xəstə uşaqların doğulmasına səbəb olur. Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac yaranır”.
BAKU.WS