SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
 
Layihə bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.
 
Layihə müzakirələrdən sonra I oxunuşda qəbul olunub.
BAKU.WS