SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.

BAKU.WS xəbər verir ki, əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Ölkəmizdə Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.

Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.

Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə onların maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.

O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

BAKU.WS