SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 44 saylı orta məktəbin ərazisində şagirdlərə narkotik maddənin satılması iddia edilib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

İddiaya görə, bir neçə məktəbliyə naməlum şəxs tərəfindən "patı" satılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:

"İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək".

BAKU.WS
VİDEO