SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.

 

BAKU.WS