SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 27-də Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası, “Winter Park Plaza”, “Winter Park Hotel Baku” və  Baku TV, “Baku.ws”, “Media.Az”, “Oxu.Az”, “Novartis” şirkətlərinin  informasiya dəstəyi ilə talassemiyalı uşaqlar üçün “HƏYAT VER” adlı qanvermə aksiyası keçiriləcək.

Aksiya “Winter Park Hotel Baku”da, 2-ci mərtəbədə, “Zümrüd” zalında (“Meeting Hall”, “Zumrud room”) keçiriləcək.

 Aşağıdakı testlərin nəticələri kampaniya iştirakçıları ilə paylaşılacaq:

- Rh faktoru;

- Qan qrupu;

- HİV infeksiyası;

- Malyariya;

- Hepatit B, C.

Qeyd edək ki, qan donorları üçün şəxsiyyət vəsiqəsinin olması məcburidir.

BAKU.WS