SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qış mövsümündə bütün lazımi texnika ilə təmin olunub. Bizim əlimizdə olan nəqliyyat vasitələri buzlu və 40 sm-dən artıq qarlı yollarda hərəkət etməyə imkan verir.

BAKU.WS xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib. O qeyd edib ki, yeni avtomobillər qış aylarında qarlı-buzlu yollarda xəstələrə vaxtında yardım göstərmək üçün alınıb.

"Hazırda 9-cu stansiyada Yaponiya istehsalı olan "Mitsubishi Pajero" markalı 3 ədəd təcili tibb yardım maşını saxlanılır. Tırtırlı təkərlərə sahib olan maşınlar qarlı və buzlu havada hərəkət etmək üçün nəzərdə tutulub. Avtomobilin xarici görünüşü digər təcili tibbi yardım maşınlarından fərqlənir. Ölçlüləri kiçikdir, lakin xəstəyə ilkin tibbi yardım göstərmək üçün maşının salonu lazımi avadanlıqlarla təchiz olunub. Bu maşınlar xəstəyə ilkin tibbi yardım göstərməklə yanaşı, onun hospitalizasiya edilib xəstəxanaya yerləşdirilməsi üçün nəzərdə tutulub. Avtomobillərdə xüsusi sistemi var, istənilən vaxt tırtırları çıxarıb, adi təkərləri qoşmaq olar", - Murad Mirzəzadə qeyd edib.