SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

BAKU.WS manşet.az-a istinadən bildirir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik-leytenant Məhəmməd Xəlilli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o daha aşağı vəzifəyə - FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə komandir müavini təyin edilib.

Qeyd edək ki, Məhəmməd Xəlilli FHN-nin tanınmış zabitlərindən biri hesab olunur. O, Türkiyədə baş vermiş meşə yanğınları zamanı xüsusi peşəkarlığı ilə fərqlənmişdi.

BAKU.WS
QALEREYA