SİZİN REKLAM BURADA!
055 213 76 73


“8 boyabr və Xocasən stansiyalarında aparılan sınaqlardan sonra nəticəyə uyğun olaraq digər stansiyalarda da bank kartı ilə ödənişi tətbiq ediləcək”.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Metropolitenin Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, il sonuna qədər bütün stansiyaların turniketlərinə kart ödənişi tətbiq ediləcək:

“İnsanların rahat gediş-gəlişi təmin etmək üçün kart ödənişi sərinişin axını az olan stansiyalara tətbiq edilib. 1 ay ərzində müşahidə aparılacaq daha sonra digər stansiyalara da tətbiq ediləcək”.

B.Məmmədov bildirib ki, bundan sonra Avtovağzal-Memar Əcəmi stansiyalarında qurlaşdırılacaq:

“8 noyabr, Xocasəndən sonra Avtovağzal- Memar Əcəmi stansiyalarında turniketlərə kartla ödəniş tətbiq ediləcək. İl sonuna qədər də bütün stansiyalarda reallaşdırılmış olacaq”.

BAKU.WS