SİZİN REKLAM BURADA!
055 213 76 73



Fəvvarələr meydanında növbəti "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək.

BAKU.WS xəbər verir ki, "Nargis Fund”ın təşkilatçılığı ilə reallaşan yarmarka dekabrın 3-də başlayacaq və 2018-ci ilin 15 yanvar tarixinədək davam edəcək.
Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq.
 
Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Qeyd edək ki, "Nargis” fondunun rəhbəri professor Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovadır. "Soyuq Əllər, İsti Ürək" yarmarkası artıq üçüncü ildir ki, keçirilir.

Aytən.H
BAKU.WS