SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Vüqar Qiliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

“Nicat Lənkəranski” növbəti proseslərdə iştirak etməkdən imtina edib. Zərərçəkmiş hadisə ilə bağlı heç bir şikayətinin olmadığını bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, “Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismdə iştirak etsə də, hadisədən bir müddət sonra 234-cü maddə ilə həbs olunub.

Xatırladaq ki, hadisə martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

BAKU.WS