SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda intellektual idarə olunan mənzillərin yaradılması nəzərdə tutulur.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsinin "Mənzil fondunun idarəedilməsinin təkmilləşdirilməsi" bölməsində əks olunub.

Layihədə qeyd olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinin intellektual idarə olunması məqsədilə enerjiyə qənaət texnologiyalarının tətbiqinə dəstək göstəriləcək.

Bundan əlavə, layihədə beynəlxalq təcrübəyə uyğun olaraq çoxmənzilli binalarda mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə əsasən idarə olunmasının təşkil edilməsi, lift xidməti sisteminin təkmilləşdirilməsinə dəstək göstərilməsi, əhalinin mənzilə olan tələbatının uyğun qiymətlərlə ödənilməsi üçün tikinti şirkətlərinə dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.