SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər”.

"Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Əli Məsimli deyib. Onun sözlərinə görə, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından əhali arasında ciddi narahatçılığa səbəb olub.

Millət vəkili bildirib ki, əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq: "Yox, əgər real olaraq düzgün mexanizm tətbiq edə bilməyəcəksə, bu ciddi problemlərə yol açacaq və narazılıqlara səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın”.

Millət vəkili onu da əlavə edib ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşamya da təkan verəcək və böhranı bir az da dərinləşdirəcək: "Manatın ucuzlaşması fonunda ölkəyə idxal olunan məhsulların qiyməti sürətlə artır. Eyni zamanda Azərbaycanın real gəlirləri aşağı düşməsi özünü təkcə bu il deyil, qarşıda gələn illərdə də özünü göstərəcək. Qiymətlər qalxacaq. Ona görə də hökumətə təklif edirəm ki, əməkhaqqı, pensiya və müavinətlər qaldırılsın. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülsün.

Eyni zamanda yaranmış vəziyyətlə bağlı xarici ölkələrin təcrübəsindən də yararlanmalıdır. Xarici ölkələrdə qaz və elektrik enerjisinin qiymətinin tətbiqində mövsümi, gecə və gündüz faktorları istifadə olunur. Bu praktikadan bəhrələnmək olar. Belə olmayacağı təqdirdə əhali arasında ciddi narazılıqların və kataklizmlərin olması istisna deyil”.
 
BAKU.WS