SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Tarif Şurasının verdiyi qərardan sonra təbii olaraq bizim də xərclərimiz artacaq. Ancaq bunun qiymətlərə hər hansı bir təsiri olmayacaq”.

Bu sözləri Azercell Telecom şirkətinin prezidenti Vahid Mürsəliyev "Qafqazinfo”nun sualını cavablandıran zaman bildirib. 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında iştirak edən şirkət rəsmisi qeyd edib ki, hazırda bütün dünyada iqtisadi böhrandır: "Ölkəmiz üçün də bu, qaçınılmaz deyildi. Biz böyük şirkət olduğumuz üçün bu vəziyyətdən kənarda qala bilmirik. Buna baxmayaraq, xərclərimizi düzgün idarə etməyi bacardığımız üçün, qiymətlərdə hər hansı bir dəyişiklik baş verməyəcək”.
 
BAKU.WS