SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələ rayonunda külək ağacı yola aşırıb, avtomobillərin hərəkətinə maneə yaranıb

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qəbələ şəhərində iri gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb. Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.

BAKU.WS