VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır.

BAKU.WS-in məlumatına görə, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur. 

Müşahidələrimiz zamanı gördük ki, əksər marketlərdə yağların və kolbasa məhsullarının qiymətində artım var. 
 
Kolbasa məhsulları çeşidlərindən asılı olaraq 0,60-1 AZN arasında bahalaşıb. Bahalaşan məhsullar arasında mal əti də var. Sümüksüz mal ətinin 1 kq-ı hazırda 10 manatdır. 
 
Dolların uzun müddətdir manat qarşısında bahalaşması dolayı yolla ərzaq məhsullarının qiymətinə də təsir göstərir. ABŞ milli valyutasının ilin sonuna kimi bahalaşacağı proqnozlarını nəzərə alaraq güman etmək olar ki, növbəti aylarda da ərzaq məhsullarının qiymətində bahalaşma davam edəcək.  
 
 
Şahin Həbibov
BAKU.WS 


Məhsul

Köhnə qiymət

Yeni qiymət

Anchor yağı

9,9 AZN

10,90 AZN

Yeni Zellandiya yağı

10 AZN

10,60 AZN

Westgold yağı

9,9 AZN

10,90 AZN

Fransa yağı

14,20 AZN

15,20 AZN

Yumurta

0,16 AZN

0,18 AZN

Mal əti (sümüksüz)

9 AZN

10 AZN

Anchor (200 qram)

2,85 AZN

3,10 (AZN)