SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 9-da Fairmont Baku "Nizami Gəncəvi Grand Ballroom" zalında ölkədə ilk dəfə "Robotlaşdırılmış Reklam Həllərinin Təqdimatı" adlı tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə bildirilib ki, Azərbaycan üzrə satış haqları "Artmood Agency"ə məxsus olün dünya üzrə tanınmış Mic Robotics robotları ABŞ və Çin, Tokinomo robotları isə Rumıniya istehsalıdır.

Bundan başqa robotlarının funksionallığı, aktuallığı, günümüzdə reklam və xidmət sahəsinə verəcəyi töhfələr iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə müxtəlif şirkətlərin və dövlət qurumlarının nümayəndələri iştirak edib.

Təqdimat mərasimində çıxış edən "Artmood Agency" şirkətinin təsisçi və rəhbəri Xəyalə Mütəllimova qonaqlara şirkətin fəaliyyəti, uğurları haqqında məlumat verərək robotların Azərbaycan reklam sektorunda canlanma yaradacağını bildirib.

Eyni zamanda robotlar qonaqlara təqdim olunaraq funksiyaları haqqında geniş məlumat verilib. Tədbirdə robotlara ciddi maraq göstərilib və "Artmood Agency" şirkətinin reklam sahəsindəki xidmətləri yüksək qiymətləndirib.

BAKU.WS
QALEREYA