SİZİN REKLAM BURADA!
055 213 76 73


Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitlərin istifadə istiqamətləri müəyyənləşib. Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiqlənən "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası"nda əksini tapıb.

Qaydaya əsasən, yığılan vəsait Daxili İşlər Nazirliyi və Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müxtəlif istiqamətlərə xərclənək.Regionlardakı vəsaitə Daxili İşlər Nazirliyi, paytaxtda isə Yerüstü Nəqliyyat Agentliyi nəzarət edəcək.

Yeni qaydaya əsasən, Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edəcək.

Qeyd edək ki, nazirliyə daxil olan vəsaitin 50 faizədək, Agentliyə daxil olan vəsaitin isə 30 faizədək hissəsindən işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqaməti üzrə istifadə olunacaq.

BAKU.WS
VİDEO