SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp" messenceri növbəti funksiyasını təqdim edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə messencerin bloqunda məlumat verilib.

Artıq istifadəçilər həmsöhbətlərinə 60 saniyəlik video mesajlar göndərə bilərlər.

Video mesaj səsli mesajla eyni şəkildə yaradılır.

Bunun üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsini sıxıb saxlamaq lazımdır.

Göndərilən görüntülər dairəvi şəkildə olacaq.

İstifadəçilər söhbətə daxil olan zaman oxutma avtomatik olaraq başlayacaq.

Yenilik yaxın zamanda hamı üçün əlçatan olacaq.

BAKU.WS