SİZİN REKLAM BURADA!
055 213 76 73


"TikTok"da artıq mətndən ibarət postlar da paylaşmaq mümkün olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə şirkət iyulun 24-də məlumat yayıb.

Artıq "TikTok" istifadəçiləri video və fotoşəkillərlə yanaşı yalnız mətnlərdən ibarət postlar da paylaşa biləcəklər.

Mətn postları arxa fon rəngi, yazı üslubu, musiqi və etiketlər ilə tənzimlənə biləcək. Postlar min işarə ilə məhdudlaşacaq.

İstifadəçilər "Kamera" bölməsinə daxil olduqda, üç seçimdən birini seçə bilərlər: foto, video və mətn.

Mətni seçməklə istifadəçi mətnin yaradılması səhifəsinə yönləndiriləcək, burada yazının məzmunu yazıla biləcək.

İstifadəçilər həmçinin müxtəlif fon rəngləri arasından seçim edə biləcəklər.

Qeyd edək ki, yenilikdən öncə tətbiqdə sadəcə video paylaşmaq mümkün idi.

BAKU.WS