SİZİN REKLAM BURADA!
055 213 76 73


Əli Tahir oğlu Nəbiyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Ə.Nəbiyev Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə İş Şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür. Bu təyinatadək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.

BAKU.WS