SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, 1 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edib.

Bu barədə BAKU.WS-ə qurumdan məluma verilib.

İşə qəbul üçün coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və MS office proqramlarının olması mütləqdir.

Seçim zamanı ArcGİS proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcək. Qeyd edilən vakant vəzifələr agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.

Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri 

[email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək.

BAKU.WS