SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı sərnişin-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmiri işlərinə start verilib.
 
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

İlkin olaraq dairəvi dəmir yolunun Nərimanov-Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsinə başlanılıb. Artıq torpaq yatağı hazırlanıb və bu gün yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini "Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir, işlər mərhələli şəkildə aparılır.

Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Artıq 500 metr yol qoyulub.

"Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq", - deyə məlumatda qeyd olunub.
 
Şahin Həbibov
BAKU.WS