SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. İyunun 28-i və 29-u Qurban bayramı günləridir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Trend-ə bildirib ki, qurbanlıq heyvan alan zaman birinci qurbanlığın sağlamlığına diqqət yetirmək lazımdır.

"Belə ki, heyvanın bütün bədən əzaları yerində olmalıdır. Qurbanlıq minimum xırdabuynuzlu heyvanlardan başlayır və ondan yuxarı iribuynuzlu heyvanlardan dana, öküz olar. Bütün bunlardan yuxarı isə dəvə kəsmək olar. Maraqlı məqam isə erkək yoxsa dişi heyvanın kəsilməsi məsələsidir. Əslində, dişi heyvan da kəsilə bilər. Amma ən yaxşısı erkək heyvan kəsməkdir. Bunun da əsas səbəbi sürüdə artımı dişi heyvan verir. Ancaq sürüdə iki-üç erkək heyvan olsa kefayət edir. Qoyun, keçi kəsən zaman onların yaş həddi 8 ayı ötsə yaxşıdır. Bir illik olsa isə daha yaxşı olar. İribuynuzlu heyvanıni bir yaşı mütləq tamam olmalıdır. Dəvə də 5 illik olsa münasibdir."

F.Nurullayev bildirib ki, xırdabuynuzlu heyvanları kəsməyə şərik olmaq olmaz.

"Belə heyvanı bir ailə adına kəsilə bilər. İribuynuzlu heyvanı isə 7 nəfər də kəsə bilər. Qurban üç hissəyə bölünür. Məsələn, 15 kiloluq bir qoç kəsilibsə onun 5 kilosunu ailəsinə sərf edə, 10 kilonun 5 kilosunu isə yaxın qoyum-əqrabasında olan yoxsullara paylaya, yerdə qalan 5 kilosunu isə qohum əqrabası olmayan yoxsul yad insanlara versə yaxşı olar", - deyə o qeyd edib.

BAKU.WS