SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp" messenceri istifadəçilərə naməlum nömrələrdən gələn zənglərə qarşı yeni təhlükəsizlik funksiyaları əlavə edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu dəfəki yenilik istifadəçilərin məxfiliyini və təhlükəsizliyini daha da gücləndirərək naməlum nömrələrdən gələn zəngləri bloklamaq imkanı verir.

İstifadəçilər naməlum nömrələrdən gələn zəngləri avtomatik bloklaya və ya yalnız kontakt siyahısındakı nömrələrdən zəngləri qəbul edə biləcəklər.

Funksiya avtomatik olaraq spamları, həmçinin fırıldaqçılardan və yad adamlardan gələn zəngləri filtrasiyadan keçirəcək.

Səsin söndürülməsinə baxmayaraq, "Zənglər" bölməsində onların arasında vaciblərin olub-olmadığını görmək mümkün olacaq.

BAKU.WS