SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.

BAKU.WS Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.