VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Bu gün istisnasız olaraq bütün dövlət və özəl ali məktəblərdə görürsən ki, siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”.
 
BAKU.WS-in modern.az-a istinadən verdiyi məlumata görə, bu sözləri bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bu günkü iclasında deputat Hüseynbala Mirələmov deyib.
 
Deputat "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərək söyləyib ki, televiziylarda siqaretin reklamının qarşısı alınmalıdır:
 
"Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Azərbaycan mentalitetinə uyğun olmayan bir şeydir. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”.
 
H.Mirələmov universitetlərdə siqaret çəkən tələbələrin cərimələnməsinin də vacibliyini vurğulayıb.


"Türkiyədə hətta taksidə belə yazılıb: "Siqaret çəkmək olmaz, əks təqdirdə 60 lirə cərimə olunacaqsan”. Onlar bu cəriməni  tətbiq edirlər də. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir, cərimələr yazılmır. Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək inanın ki, o ümumiyyətlə siqareti də tərgidər”.
 
İlyas Quliyev 
BAKU.WS