SİZİN REKLAM BURADA!
055 213 76 73


 
NASA-ya təcrübəçi kimi qəbul olunduğunu iddia edərək KİV-lərə müsahibə verən gənc təhsil aldığı Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi olaraq qalır.
 
BAKU.WS bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq universitetin İnformasiya Departamentindən məlumat verilib.
Bildirilib ki, ADU-nun "Regionşünaslıq və Beynəlxalq Münasibətlər" fakültəsinin 3-cü kursunda təhsil alan Kənan Əhmədli hazırda universitetinin tələbəsidir: "Kənan Əhmədlinin davamiyyətinə müvafiq qaydada nəzarət olunur".

Qeyd edək ki, Kənan Əhmədli bu il oktyabrın 21-də "Azvision.az" saytına müsahibəsində bu tədris ili başlayandan oxuduğu Azərbaycan Dillər Universitetinə getmədiyini bildirib. O qeyd edib ki, 3-cü kursa qədər universitetə gedib: "3-cü kursa qədər universitetə getmişəm. İndi isə yalnız rəsmi olaraq adım tələbələrin siyahısında var. Universitetə getmirəm, çünki mən öz beynimdə daha yaxşı universitet yaratmışam. Bəlkə də həmin universitet mənə istədiyimi öyrətmədiyinə görə belə bir addım atdım. İxtisasım isə beynəlxalq münasibətlərdir. Bu ixtisasın mənə heç bir aiddiyatı yoxdur".