SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ermənistan 44 günlük savaşdan nəticə çıxarmayıb. Onlar ümid edirlər ki, yenə əvvəlki kimi olacaq”.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu millət “Böyük Ermənistan” xəstəliyinə düçar olub:

“Onlar qonşu ölkələrin ərazi bütövlüyünü tanımırlar. Çox təəssüf ki, Fransa da onlara dəstək verir. Fransa Ermənistanın böyük bacısı kimi hadisələrdə tərəfsizliyini qoruya bilmir”.

BAKU.WS