VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Çində bir qadın 20 fərqli sevgilisindən hədiyyə olaraq istədiyi "iPhone 7"ləri satıb özünə ev alıb.
 
BAKU.WS-in məlumatına görə, Çinin cənubundakı Şenzen şəhərində yaşayan qadın 20 kişi ilə danışaraq "iPhone 7" istəyib. "Şiaoli" adı ilə özünü təqdim edən gənc qızın bu tələbini bütün kişilər yerinə yetirib. 

Gənc qız daha sonra telefonları Çində ikinci əl telefon satılan internet saytı "Hui Shou Bao"da 115 min yuana (təxminən 17 min dollar) satıb və pulunu evin ilkin ödənişi olaraq istifadə edib.

Şiaolinin bir iş yoldaşının yaşananları öz bloqunda paylaşmasından sonra hadisə Çinin ən çox müzakirə olunan xəbəri olub.

Nazim Babayev
BAKU.WS