SİZİN REKLAM BURADA!
055 213 76 73


DİM sabah imtahan verənlərə yolların bağlanması ilə bağlı müraciət edib

Mayın 7-də Səbail rayonu ərazisində yerləşən məktəblərdə (51, 160, 163, 189-190, 236, 239 nömrəli) imtahan verəcək şagirdlərin və abituriyentlərin nəzərinə çatdırırıq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata əsasən, “Bakı Marafonu 2023”lə əlaqədar sabah səhər saatlarından etibarən yürüşlə bağlı Səbail rayonu ərazisində bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hərəkət məhdudlaşdırılan küçə və prospektlərə nisbətən yaxın hesab oluna biləcək məktəblərdə imtahan verəcək şəxslərin imtahan binasına müəyyən olunmuş vaxtda çata bilmələri üçün müvafiq halı nəzərə almalarını tövsiyə edirik.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblər seçilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahan binasına buraxılış rejimi saat 10:45-də başa çatır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü il mayın 7-də respublikanın 21 şəhər və rayonunda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

"Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A. Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z. Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq Meydanına finiş nəzərdə tutulub".
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu - 2023"nin keçirilməsi nəzərdə tutulub. Tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə aşağıdakı küçə və prospektlərdə qeyd olunan saatlarda hərəkət məhdudlaşdırılacaq:
"Sürücülərin və hərəkət iştirakçıların diqqətinə çatdırmaq istəyirik ki, "Bakı Marafonu 2023"lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyini təmin olunması ilə əlaqədar yollarda hərəkət tam məhdudlaşdırılacaq".

BAKU.WS