SİZİN REKLAM BURADA!
055 213 76 73


Yuxusuzluq problemi insanlar arasında çox geniş yayılıb. Yuxusuzluqdan əziyyət çəkən hər kəs bu vəziyyətə çarə tapmaq üçün bir çox üsula əl atır. Ancaq yuxusuzluğunuzun səbəbi yatmazdan əvvəl bəzi vərdişləriniz ola bilər. 

BAKU.WS xarici mətbuata istinadən yuxusuzluğu aradan qaldırmağın formulunu təqdim edir:

Sağlam bədənə sahib olmaq üçün yuxu rejiminə çox diqqət yetirmək lazımdır. Hər gün eyni vaxtda yatmağa və oyanmağa diqqət edin. Əsas da gün ərzində 7-8 saat yatdığınıza əmin olun. Yuxusuzluqdan əziyyət çəkənlər bəzi gündəlik vərdişlərinizi dəyişdirərək yuxularını tənzimləyə bilərlər.

Məsələn, albalı suyunun insanlarda yuxu dövrünü tənzimləyən hormon olan melatonin (insan bu hormon sayəsində yuxuya gedir) sayəsində yuxuya səbəb olduğu bilinir. Albalı şirəsinin tərkibində serotoninə (kimyəvi quruluşuna görə biogen amin turşularının triptamin adlanan sinfinə daxil olan sevinc hormonudur) çevrilən triptofan da var. Stress səbəbiylə yata bilməyən insanlar sakitləşmək və daha yaxşı yatmaq üçün maqnezium qəbulunu artırmalıdırlar.

Tərkibində melatonin olan qidalar bədənə sakitləşdirici təsir göstərərək yuxuya səbəb ola bilər. İlıq süd, balıq, yumurta, püstə, badam, balqabaq tumu, pomidor, qoz, banan vəs. kimi qidalarda melatonin var.

Düzgün yatmağın digər effektiv yolu yatmazdan ən az 3-4 saat əvvəl şəkər və kofein qəbulunu azaltmaqdır.

Yaxşı bir yuxu üçün sabit bir yuxu rejiminə sahib olmalısınız. Nə yediyinizə və nələrdən kənar durduğunuza diqqət yetirməlisiniz. 

1) Gün ərzində fiziki fəaliyyətlə məşğul olun.

2) Stressdən uzaq durmağa çalışın.

3) Yatmadan 3 saat əvvəl ağır qidalar qəbul etməkdən çəkinin.

BAKU.WS