SİZİN REKLAM BURADA!
055 213 76 73


"Instagram" sosial şəbəkəsi istifadəçilərin uzun müddətdir gözlədiyi funksiyanı nəhayət işə salır.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, yenilənmə ilə istifadəçilər artıq izləyicilərini gizlədə biləcəklər.

Beləliklə, insanlar izləyici sayını göstərmədən öz hesablarını daha sərbəst və rahat idarə edə biləcəklər.

"Instagram" bu xüsusiyyəti ilə istifadəçilərin təhlükəsizliyi və məxfiliyinə olan həssaslığını da ortaya qoyub.

Xüsusilə "influencer"lər və sosial media fenomenləri üçün izləyicilərin sayı vacib bir məsələ olduğu üçün bu funksiya əhəmiyyət kəsb edəcək. 

"İnstagram" bu funksiyanı təqdim etməzdən əvvəl bir çox istifadəçinin bu funksiyanı tələb etdiyini açıqlamışdı. 

İzləyiciləri gizlətmə funksiyası istifadəçilərə daha çox nəzarət imkanı verəcək.

Ancaq bu funksiyadan istifadə etmək istəməyənlər də ola bilər. Buna görə də istifadəçilər öz izləyicilərini hesab parametrlərindən gizlətmək seçimini aktivləşdirə və ya deaktiv edə biləcəklər.

"İnstagram"ın bu funksiyanı nə vaxt istifadəyə verəcəyi dəqiq deyil.

BAKU.WS