SİZİN REKLAM BURADA!
055 213 76 73


Tvitter sosial şəbəkəsi maksimum mesaj ölçüsünü 10 000 simvola qədər artırıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı "Twitter Write" yayıb.

Əvvəllər mesaj maksimum 4000 simvoldan ibarət idi.

Həmçinin sosial şəbəkə "Twitter Blue" abunəliyi olanlara mətni qalın və ya kursivlə formatlamaq imkanı verir.

“Biz tvitterdə də yazmaq və oxumaq təcrübəsini təkmilləşdiririk! Bu gündən etibarən tvitter mətni qalın və ya kursivlə formatlamaq imkanı ilə 10 000 simvola qədər olan mesajları dəstəkləyir”, - deyə "Twitter Write" bildirib.

BAKU.WS