SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binanın tikintisi şöbəsinə direktor təyin edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Ceyhun Qurban oğlu Səməndova həvalə olunub.

Qeyd edək ki, AMB-də yeni binanın tikintisi şöbəsi 2022-ci ilin avqust ayında yaradılmışdı.

BAKU.WS