SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid Elşad Həsənov dəfn edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin cənazəsi bu dəqiqələrdə Ağstafa şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

***11:50

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Həsənovun nəşi Ağstafa rayon Xatai kəndinə gətirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

BAKU.WS
QALEREYA