SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı metropoliteninin Bonövşəyi xəttinin hazırda inşası davam edan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına Idman-Konsert Kompleksi ilə Klinik Tibbi Mərkəz arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək: “Burada tikinti işləri “qruntda divar üsulu ilə, yanı, yuxarıdan alt qatlara doğru aparılır. Ərazinin relyefindən asılı olaraq, işlər hazirda 29-32 metr dərinlikdə, 4-cü həyata keçirilir. Ümumən qeyd edək ki, “qruntda divar” üsulu yaşayış sahələrində daha səmərəli və rahat, məhdud məkanlara uyğunluğu va effektivliyi ilə seçilir. Bununla yanaşı, texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilməsi baxımından da daha qənaətcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi, dinamik titrəyişlərin olmaması, səs-küyün norma hədlərində saxlanması “qruntda divar” üsulunu fərqləndirən keyfiyyətlərdəndir. Buna qədər Banövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarının tikintisi analoji qaydada aparılıb.

Tikinti zamanı səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılıb, torpaq qatı çıxarılıb, dəmir-beton konstruksiya qurularaq beton döşəmə təbəqəsi inşa olunub”.

B.Məmmədov bildirib ki, ümumi uzunluğu 170 metr olan stansiya kompleksinin ilk üç səviyyəsində üzlük işlərinin aparılması üçün normativlərə uyğun tədbirlər görülür. Birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək: “Avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla 4 istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaat norma və qaydalarına uyğun sonuncu mərhələdə yerinə yetiriləcək. İkinci səviyyə keçid funksiyası daşıyacaq. Burada platforma saviyyəsinə eniş, eləcə də perspektiv Sarı xattin 6-cı stansiyasına keçid zonasi artiq əvvəlcədən nəzərə alınıb. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu səviyyədə, biri isə kassa zalında quraşdırılacaq.

Üçüncü səviyyə texniki sahələr üçün nəzərdə tutulub. Burada xidməti otaqlar, 4 havalandırma kamerası tikiləcək.

Dördüncü və yaxud platforma saviyyəsində sağ və sol tunellərin dəmir-beton tübinqlərinin dağıdılması ilə aparılan torpaq qazma işlərinin 90 metrə yaxın hissəsi icra olunub. Digər səviyyələrdə olduğu kimi, yeddivaqonlu qatarları qəbul edəcək 144 m-lik platformada da işlər üç texniki zona üzrə təşkil edilib. Artıq üçüncü zonada platformal döşəmə konstruksiyasının quraşdırılması üçün hazırlıq işləri aparılır, çınqıldan drenaj lay və onun üstündən hazırlıq betonu salınır.

Bakının ağır hidrogeoloji şərtləri burada da özünü büruzə verir. Bu mərhələdə qrunt sularının tikintinin gedişinə təsirini minimuma endirmək üçün 2-ci və 3-cü psas suvurma qovşağı inşa edilib. Stansiya istifadəyə veriləndən sonra onlar suvurma qurğusu kimi fəaliyyət göstərəcək.

Hər iki tunelda yol infrastrukturunun qurulması davam etdirilir. Bir tuneldə 700 metrdən artıq, digərində isə 500 metrə yaxın dəmir-beton bloklar üzərində relslər çəkilib. Həmçinin kommunikasiya xətlərinin quraşdırılması istiqamətində də tədbirlər görülür. Qatarlara gərginliyin verilməsi üçün lazım olan təmas relsi sonuncu mərhələdə quraşdırılacaq”.

Stansiya infrastrukturunun qurulması üzrə tədbirlərə də başlanıldığını deyən qurum rəsmisi qeyd edib ki, elektrik yarımstansiyası üçün avadanlıqların istehsalı dünyanın qabaqcıl şirkətlərindən olan Avstriyanın “Siemens” şirkəti tərəfindən sifarişçinin texniki şərtlərinə uyğun olaraq davam etdirilir.

“Stansiyada bir səviyyədən digərinə keçmək üçün pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift veriləcək. Eskalatorlar va liftlər dünyanın bu sahədə aparıcı “Thyssen Krupp” şirkətinin (Almaniya) məhsulları olacaq. Bakı metropoliteninə buna qədər gətirilmiş 2 eskalator istisna olmaqla, digərlərinin, eləcə də liftlərin istehsalı prosesi bu ilin sonuncu rübünə kimi sifarişçiyə təhvil veriləcək. Həmin vaxta qədər ventilyatorların tədarükü də yekunlaşdırılacaq. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır. Qeyd edək ki, “B-04″ Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq”, - B. Məmmədov deyib.

BAKU.WS