SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Azərpaşa Nemətovla Akademik Milli Dram teatrında vida mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, mərasimdə Azərpaşa Nemətovun ailə üzvləri, yaxınları, tanınmış sənətçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onlardan biri də Xalq artisti Hacı İsmayılovdur.

O, BAKU.WS-ə açıqlamasında mərhumla bağlı xatirələrini bölüşüb. Azərpaşa Nemətovun vəfatını Azərbaycan incəsənəti üçün ağır itki adlandırıb:

“Tək dostum deyildi. Mənə doğma adam idi. Azərbaycan teatrının görkəmli nümayəndəsi idi. Gözəl tamaşaları ilə Milli Dram teatrını yeni səviyyəyə qaldıran şəxs idi. Tanışlığımız çoxdan vardı. Onun müavini olmuşam. Aramızda yaş fərqimiz az idi, amma o, mənə böyüklük edirdi. Ölülər tamaşasını necə oynadıq bilmirəm. Ağır əməliyat keçirmişdi. Həmişə zalın müxtəlif yerlərində durub tamaşalara baxardı. Əməliyyatdan sonra əsəbləri korlanmışdı. Axır vaxtlar tamaşalara lojadan baxardı. Sonuncu tamaşamızda lojaya işıq saldılar. O, orada yox idi”

Qeyd edək ki, Azərpaşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 75 yaşında dünyasını dəyişib. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

müxbir Zöhrə Pənahi, foto Təranə İbrahim
BAKU.WS