SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə dərsə gecikən şagirdi cəzalandıran müəllimdən xəbər var.

BAKU.WS xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, dərsə gecikən şagirdə cəza verən müəllimlə profilaktik söhbət aparılıb. Məktəbin direktoru Elnura Cavadzadəyə isə töhmət verilib.

Eyni zamanda, şagirdlə də profilaktik söhbət aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün müəllimə ona məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, şagirdə məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib.

Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim də iddia etmişdi ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır.

BAKU.WS