SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Özəlləşdirmə qlobal məsələdir və "Azərenerji"yə tabe olan müəssisələrdə lazım gəlsə belə bir addımlar atılacaq. Hazırda isə bu sahədə addımların atılması tezdir".
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.

E.Pirverdiyevin sözlərinə görə, ölkə əhalisinin payız-qış mövsümündə elektrik enerjisi ilə təminatı sahəsində problemi olmayacaq:
 
"Havaların soyuması və yağışın bəzi stansiyalara müəyyən təsiri olub. Buna baxmayaraq, işlər normal şəkildə davam edir".
 
BAKU.WS